Aparıcı Xoşqədəm Hidayətqızı bir il əvvəl uşaq evində döyüldüyü üçün oradan qaçması ilə gündəmə gələn Ramalla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aparıcı Ramalın hazırda uşaq evində olduğunu bildirib:
"Bu, bizim Ramalımızdır… Bəli, o Ramal - bir vaxtlar uşaq evindən qaçıb “Səni axtarıram” verilişinə gələn, hər baxışında kədər, sözündə ümidsizlik olan o uşaq.
O vaxt Ramalın gözlərində qorxu var idi. Amma indi baxın, o gözlərdə ümid var. Çünki indi Ramalın evi var, sevgisi var, qayğısı var. Onu Zabratdakı Sosial Xidmətlər Agentliyinə məxsus sığınacağa yerləşdirmişdik. O gündən bəri çoxları soruşurdu: “Ramal necədir? Nə vəziyyətdədir? Xoşbəxtdirmi?”. Bəli, Ramal indi yaxşıdır. O, dəyişib. Dərslərinə marağı artıb, davranışı düzəlib, gələcəyə addım-addım gedir".

Bizim.Media