Kristian Sebalyos “Sabah” futbol komandasının məşqçilər korpusundan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, ispan mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın “Fiorentina” klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə “Sabah”da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.