EN

Politoloq: Qərb Ukraynaya birbaşa hərbi müdaxilədən çəkinir

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qərb müttəfiqləri Ukrayna ərazisinə qoşun yeritməkdən çəkinirlər".

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi həmin ölkələrin liderlərinin öz ictimaiyyətlərinin reaksiyasından ehtiyat etməsidir.

"Avropa ölkələrinin Ukraynaya qoşun yeritməsi məsələsində ehtiyatlı davranması başa düşüləndir. Liderlər öz cəmiyyətlərindən qorxurlar. Onlar müharibəyə cəlb olunmaq istəmirlər. Qoşun göndərmək qərarı hər bir ölkənin öz seçimidir. Amma Kiyev müttəfiqlərə həddən artıq təzyiq göstərərsə, Ukraynanın onların maliyyə və hərbi dəstəyini itirmək riski yarana bilər", - Zelenski bildirib.

Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi “xüsusi hərbi əməliyyat” adı altında işğalçılıq siyasəti başladığı ilk gündən Ukraynanın Qərb müttəfiqləri əsasən iki istiqamətdə hərəkətdədirlər:

"Bir tərəfdən Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə onu beynəlxalq aləmdə işğalçı dövlət kimi ifşa ediblər, digər tərəfdən isə Ukraynaya birbaşa maliyyə, hərbi və humanitar yardım göstərilməsinə üstünlük veriblər.

Son dövrlərdə isə daha çox gündəmdə olan məsələ atəşkəs və onun ardınca sülhməramlı qüvvələrin təmas xətti boyunca yerləşdirilməsi ideyasıdır. Avropa ölkələri bu istiqamətdə açıq şəkildə Ukrayna ərazisinə öz silahlı qüvvələrini göndərmək variantını da müzakirə edirlər. Yəni, əgər belə bir atəşkəs sənədi imzalanarsa, təmas xətti boyunca Qərb dövlətlərinin və ya NATO mandatı altında qərb hərbi kontingentinin Ukrayna ərazisində yerləşdirilməsi mümkündür. Bununla yanaşı, atəşkəsdən kənar şəraitdə Qərb dövlətlərinin Ukraynaya birbaşa hərbi kontingent göndərməsi, faktiki olaraq Rusiyaya qarşı müharibə elan edilməsi anlamına gələ bilər. Məhz bu səbəbdəndir ki, hazırda Ukrayna cəbhəsində iri miqyaslı hərbi əməliyyatların baş verməməsi prosesin fonunda müharibənin coğrafiyasının genişlənməsinə və Qərb–Rusiya müharibəsinə çevrilməsinə imkan verməmək məqsədi daşıyır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
sherg.az

1Sources