EN

Fransalı hücumçu Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək

Fransa millisinin futbolçusu Kolo Muani DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı matçlarda iştirak etməyəcək.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb hücumçunun zədəsinin ciddi olmasıdır.

İngiltərənin "Tottenhem" klubunda çıxış edən forvard "Mançester Yunayted"lə heç-heçə etdikləri Premyer Liqanın XI turunun oyununda çənəsindən xəsarət alıb.

Müayinə zamanı onun çənəsində sınıq aşkarlanıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa millisi noyabrın 13-də Ukrayna, üç gün sonra Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.

"Cebheinfo.az" 

Chosen
19
2
cebheinfo.az

3Sources