EN

Paşinyan Köçəryan və Sarkisyana qarşı “savaş açır”: “Sənədləri yayacağam”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həlli üçün keçmişdə mövcud olan danışıqlar sənədlərini ictimaiyyətə açıqlayacağını bir daha təsdiqləyib.

Bakıvaxtı.az fransızdilli erməni saytı “armenews.com”a istinadən xəbər verir ki, N.Paşinyan bu sözləri keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın onun administrasiyasına qarşı səsləndirdiyi ittihamlara cavab olaraq deyib. Onun sözlərinə görə, sənədlər ilin sonuna kimi ictimaiyyətə açıqlanacaq.

“R.Köçəryan və  S.Sarkisyanın son bəyanatları bir daha təsdiqləyir ki, Qarabağ məsələsi müəyyən güclərin əlində ip olub, Ermənistanı ən yaxın ağaca bağlı saxlamaq üçün istifadə olunub. Xalqların hüquqları və tarixi ədalət kimi anlayışlar əsl məqsədi gizlətmək üçün tüstüdən başqa bir şey deyildi. Bütün danışıqlar prosesləri və bütün təkliflər ipin qısaldılmasına yönəlib. İlin sonuna qədər danışıqlar sənədləri dərc olunacaq və bu, prosesləri daha da aydınlaşdıracaq".

Bundan başa N.Paşinyan diqqətə çatdırıb ki, müharibəyə son qoymaq məqsədi daşıyan bütün təkliflər əslində ipin qısaldılmasına yönəlib:
“R. Köçəryan və S.Sarkisyan ermənilərə “Lenin, Partiya, Qorbaçov” şüarı ilə hazırlanmış və reallaşdırılan ssenariyə qayıtmağı təklif edir. Keçmiş KQB agentləri Lenin, Partiya və Qorbaçov tərəfdarlarından ibarət birlik yaratmağa çalışırlar. Amma gözlənilən nəticə: 0 + 0 = 0”.

Aydın Baxış

Chosen
17
bakivaxti.az

1Sources