EN

Adil Kərimli YENƏ TƏNQİD EDİLDİ: “Mədəniyyət mərkəzlərimiz, kitabxanalar yox olub”

“Səyyad Aranın deputatlıq fəaliyyətindən çox razıyam. Yeni Azərbaycan Partiyasının üzvü olmasına baxmayaraq, tənqid edir, sözünü deyir. Deputat kimi öz vəzifələrini yerinə yetirir. Xüsusən, nazirləri haqlı tənqid etməsi məni çox razı salır. Mədəniyyət naziri Adil Kərimlini tənqid etməsinin də əsasları var. Həqiqətən də, mədəniyyət mərkəzlərimiz yox olub. Həmişə deyirik ki, bir şeyi dağıdanda gərək yerinə nəsə qoyasan. Sovet dövründən qalma bütün mədəniyyət mərkəzləri, kitabxana sistemləri nəinki kəndlərdə, iri yaşayış məntəqələrində, şəhərlərdə belə ləğv olunub. Yaxşı, bu adam kitab oxumur, yerinə elektron kitab qoy, ya da nəsə düşün. Necə ola bilir ki, Moskvada, Nyu-Yorkda, Avropada, inkişaf etmiş ölkələrdə hətta metroda gedən zaman görürsən ki, avtobusda hamı kitab oxuyur. Bizdə isə kitab oxunmur. Çünki mədəniyyətimizə münasibət elə bu cürdür”.

Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.

Tahir

T.Kərimlinin sözlərinə görə, mədəniyyət birbaşa təhsillə, kitabla bağlıdır: “Kitablar mədəniyyəti əhatəli şəkildə  insanlarda formalaşdırır. Ailə və məktəbin böyük bir rolu var. Bunlar kitabsız, qiraətsiz mümkün deyil. Təəssüf edirəm ki, digər mədəniyyət sahələrində də xeyli çatışmazlıqlar mövcuddur. Hanı bizim bəstəkarlıq sahəsində Qara Qarayevimiz, Fikrət Əmirovumuz? Səyyad Aran haqlıdır. Bu insana getdikcə hörmətim artır ki, Milli Məclisdə öz sözünü deyir”, – o bildirib.

 

Qeyd: Deputat Səyyad Aran Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı nazirlərin fəaliyyətindən narazılığını bildirib: “Mədəniyyət naziri Adil Kərimlinin fəaliyyətindən narazıyam. Mən ötən il büdcə müzakirəsində dedim ki, Mərkəzi Şəhər Kitabxanası və Uşaq Kitabxanası 1987-ci ildə tikilən binada cəmləşib. Üzr istəyirəm, bu 32 nəfərdən ibarət iki kollektivin sanitar qovşağı yoxdur. İnsanlar zəruri ehtiyaclarını ödəmək üçün sağa-sola, önə-arxaya, evlərə girirlər, xahiş edirlər, yalvarırlar. Yekə kişisən, bunu keçən ildə demişəm, axı? Mən deputatam, onlarla qarşılaşıram, məni onların qarşısında niyə utandırırsan? Üstündən bir il keçib, heç nə yolunda deyil. Sən nazir olaraq, hamıya aidsən, yaşından asılı olmayaraq bu camiənin ağsaqqalısan, böyüyüsən, onlar da sənin ailə üzvlərindir. Sən bunu həyata keçirə bilərsən axı. Təmir-tikinti, bərpa təşkilatı ilə müqavilə bağlayın, tikib qurtarsınlar da. Bunu Adil Kərimliyə bağışlayaram? Hanı sənin adilliyin, hanı sənin kərimliliyin?”

Chosen
23
5
editor.az

6Sources