EN

Çində hava taksisinin 10 dəqiqəlik gedişinin qiyməti açıqlanıb

Yaxın gələcəkdə Şanxayda hava taksisi ilə 10 dəqiqəlik uçuş 59 yuan (təxminən 8,3 dollar) başa gələcək.

Oxuməni,az xəbər verir ki, bu barədə Şanxay televiziyası məlumat yayıb.

KİV-in məlumatına görə, belə bir planı Çinin Beynəlxalq idxal malları sərgisi (CIIE) zamanı “Vertaxi” şirkəti təklif edib. Şirkətin təqdim etdiyi nəqliyyat vasitəsi şaquli qalxma və enmə qabiliyyətinə malik elektrikli hava gəmisidir.

“Vertaxi” bildirib ki, hava taksisi 10 dəqiqə ərzində Şanxayın yarısını qət edə bilər. Şirkət nümunə olaraq, avtomobillə 40 dəqiqəyə qədər vaxt aparan qərbdəki Huntsiao nəqliyyat qovşağından mərkəzdəki Lutsziatszuy işgüzar rayonuna qədər olan marşrutu göstərib.

Nəzərdə tutulur ki, ilkin mərhələdə qiymətlər adi taksilərdən bir qədər yüksək olacaq, lakin hava nəqliyyatı marşrutları genişləndikcə sürətlə aşağı düşəcək. Qısa məsafələrə uçuşlar 50 yuan (təxminən yeddi dollar)dan başlayacaq, şəhərlərarası marşrutlar üçün daşıma qiyməti 100 yuan (təxminən 14 dollar)dan başlayacaq. Aerotaksinin salonu beş nəfərlikdir, həmçinin 50 santimetr uzunluğunda beş baqaj yerləşdirə bilir.

Almaz Həsənli

Chosen
72
oxumeni.az

1Sources