EN

Addımsayar proqramına görə İŞDƏN QOVULDU

ain.az, Lent az saytına istinadən bildirir.

Çində bir kişi addım sayan proqrama görə işini itirib.

Lent.az xəbər verir ki, Çen soyadlı kişi Ciansu əyalətindəki bir şirkətdə işləyirmiş. O, iş yerində belini dartdığı üçün iki dəfə xəstəlik məzuniyyəti üçün müraciət edib. Təxminən bir aylıq istirahətdən sonra kişi bir neçə saat işləyib və yenidən xəstə məzuniyyəti istəyib: bu dəfə sağ ayağındakı ağrılara görə. O, həkim arayışı təqdim edib və orada ona bir həftəlik istirahət tövsiyə olunub. Daha sonra işçi xəstəlik məzuniyyətini bir neçə gün də uzadıb.

Şirkət əvvəlcə kişidən tibbi müayinədən keçdiyini təsdiqləyən sənədləri təqdim etmək üçün iş yerinə gəlməsini xahiş edib. Lakin Çen ofisə gələndə, məqalədə qeyd olunduğu kimi, onu mühafizəçi içəri buraxmayıb. Bir neçə gün sonra şirkət ona işdən çıxarıldığını bildirib və əlavə edib ki, işçi sağlamlıq vəziyyəti barədə yalan məlumat verib. Sübut kimi şirkət smartfon tətbiqinin qeydlərini təqdim edib. Həmin məlumatlarda Çenin xəstə məzuniyyəti üçün müraciət etdiyi gün 16 mindən çox addım atdığı göstərilib.

Kişi bundan sonra şirkətə qarşı əmək mübahisələri üzrə arbitraj məhkəməsinə iddia qaldırıb. Aparılan araşdırmadan sonra hakimiyyət orqanları işdən çıxarılan işçinin tərəfində çıxış edib və şirkətdən ona 118 mindən çox yuan (təxminən 16,7 min dollar) kompensasiya ödənilməsini tələb ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
lent.az

1Sources