“Barselona” hücum xəttinin sol cinahını gücləndirməyə çalışır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Mançester Yunayted”dən Markus Reşfordu tam transfer etməkdə maraqlıdır.
Amma bu keçid alınmasa, klub diqqətini başqa bir oyunçuya yönəldəcək. “Barselona “Lion”un futbolçusu Malik Fofanaya göz dikib.
20 yaşlı Fofananın Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.