EN

Zaluj­nı sərt danışdı: Moskvanın cəzalandırılması vacibdir

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Kiyev kapitulyasiya anlamına gələn heç bir "sülh sazişi"nə razı olmayacaq".

Teleqraf xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı deyib.

"Rusiya ilə münaqişənin ədalətli sonu Ukraynanın ərazi bütövlüyünün bərpası və Moskvanın cəzalandırılması olmalıdır. Kiyev gələcəkdə heç bir ölkənin Rusiyadan Avropaya təhlükə yaratmaması üçün zəmanətlər almalıdır. Digər hər hansı nəticə təkcə ukraynalılara deyil, həm də azadlıq və təhlükəsizlik prinsiplərinə qarşı xəyanət olar. Ukraynanın gücü yalnız ordusunda deyil, həm də məqsədinin dəqiq və aydın olmasındadır. Biz sülhü qələbə yolu ilə istəyirik, sadəcə illüziya ilə yox", – Zaluj­nı vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
sherg.az

2Sources