Azərbaycan taekvondoçuları 15 MEDAL QAZANDI
Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib. Verilən məlumata görə, onlardan beşi qızıl, beşi gümüş, beşi bürünc əyarlıdır. Əhməd Mürvətov (27 kq), Əsma Abdullazadə (27 kq), Fidan Qafarova (30 kq), Rizvan Abdullayev (30 kq), Cahid İsmayılzadə (52 kq) qızıl, Ayşən Abuzərova (27 kq), Ümid Şahbazov (36 kq), Sübhan Rzayev (40 kq), Fateh Sultanlı (44 kq), Hüseyn İsmayılov (52 kq, "Atlet" TK) gümüş, Vidadi Məmmədli (27 kq, "Altay" TK), Rüqəyya Əliyeva (27 kq, "Nərimanov" İK), Aydan Hüseyinova (30 kq, "İrəvan" TK), Aysu Qəribli (44 kq), Günəş Əzimzadə (52 kq) bürünc mükafata sahib çıxıblar. Azərbaycan komandası medal sıralamasında da birinci pillədə qərarlaşıb. Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal "Atlet" TK, "Altay" TK, "Nərimanov" İK və "İrəvan" taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.
