ABŞ-nin böyük hava limanlarında şatdaun fonunda azı 2 min 700 aviareys ləğv edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
Digər tərəfdən, ABŞ Nəqliyyat naziri Şon Daffi, hökumət bağlanmasının davam etməsi halında ölkədə hava nəqliyyatının ciddi şəkildə azalacağını bildirib.
Daffi xəbərdarlıq edib ki, əlavə ixtisarlar nəticəsində uçuşlarda 20 faizədək azalma ola bilər.
Hökumətin bağlı olması səbəbindən aktiv şəkildə çalışan hava hərəkətinə nəzarət dispetçerlərinin sayının azalması reyslərin ləğvinin əsas səbəbi kimi göstərilir.
Aviaşirkətlər isə məsuliyyəti hökumətin və Konqresin üzərinə atır.