EN

Ərdoğan Anıtqəbirdə Atatürklə bağlı xatirə dəftərinə bu sözləri yazdı

BAKI, 10 noyabr. TELEQRAF

Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Anıtqəbirdə mərasim keçirilib.

Teleqraf xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anıtqəbirdəki xatirə dəftərinə aşağıdakı sözləri yazıb:

“Əziz Atatürk, vəfatınızın 87-ci ildönümündə sizi, İstiqlal müharibəmizdə birlikdə vuruşduğunuz silahdaşlarınızı və əsrlər boyu vətənimizi qanları ilə sulayan qəhrəman şəhidlərimizi ehtiramla yad edirik.

Ən böyük əsərim adlandırdığınız Türkiyə Respublikasını qətiyyətlə müdafiə edirik və ölkəmizin hər qarışını yeni əsərlərlə bəzəməyə davam edirik. Gecə-gündüz yorulmadan, ölkə daxilində dinc və sabit, xaricdə hörmətli və qalib bir Türkiyə üçün çalışırıq. Özünə inamlı və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal gücə çevrilmək istiqamətində inamla irəliləyir. Ruhunuz şad olsun!”

Chosen
38
teleqraf.com

1Sources