EN

Belçikada hərbi xidmətlə bağlı yenilik

Belçikanın müdafiə naziri Theo Franken 17 yaşlı 149 min gəncə məktub göndərərək onları könüllü hərbi xidmətə dəvət edib.

"Cebheinfo.az" xəbər verir ki, Franken özünün "X" sosial media platformasındakı paylaşımında 149 min məktubun poçta verildiyini açıqlayıb.

“Ölkə üzrə bütün 17 yaşlıları, ümumilikdə Müdafiə Nazirliyinə və xüsusilə də könüllü hərbi xidmətə qoşulmağa təşviq edirik. Haydı, başlayaq!”, - deyə nazir bildirib.

Fransızdilli “Le Soir” xəbər saytının məlumatına görə, gəncləri könüllü hərbi xidmətə həvəsləndirmə təşəbbüsünə sentyabr ayında icazə verilib.

Könüllü xidmət “öyrədici bir təcrübə” kimi nəzərdə tutulsa da, müxalifət bunu “cəmiyyətin hərbiləşdirilməsi” kimi tənqid edir.

Chosen
39
cebheinfo.az

1Sources