EN

Jiru Azərbaycanla matç üçün milliyə dəvət edilə bilər

Olivye Jiru yenidən Fransa milli komandasına dəvət edilə bilər.

Sportal.az xəbər verir ki, Didye Deşamın 39 yaşlı forvardı Azərbaycan və Ukrayna ilə oyunlar üçün yığma komandaya dəvət edəcəyi gözlənilir.

"Lill"in futbolçusu buna hazırdır və bu gün millinin düşərgəsinə qoşulacağı ehtimal edilir.

Buna səbəb isə Fransa yığmasında hücumçuların zədələnməsidir.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Ukrayna, 16-da isə Azərbaycan yığması ilə üz-üzə gələcək.

Əlavə edək ki, Kolo Muani və Markus Türam zədəli olduqları üçün heyətdən kənarlaşıdırılıb. 

saytlarin hazirlanmasi

Chosen
45
2
sportal.az

3Sources