ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bildirib ki, Kiyev “sülh razılaşması” adı altında gizlədilən təslimə razı olmayacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "The New York Post" qəzetinə yazdığı məqalədə qeyd edib.
Zalujnının sözlərinə görə, Rusiya ilə müharibənin ədalətli sonu yalnız Ukraynanın ərazi bütövlüyünün tam bərpası və Moskvanın məsuliyyətə cəlb edilməsi ilə mümkündür. O həmçinin vurğulayıb ki, Ukrayna gələcəkdə “heç bir təcavüzkarın Moskvadan Avropaya təhlükə yaratmaması” üçün real təhlükəsizlik təminatları almalıdır.
“Bizim gücümüz təkcə əsgərlərimizdə deyil, məqsədimizin aydınlığındadır. Biz sülhü illüziya ilə deyil, qələbə ilə qazanacağıq,” – deyə Zalujnı yazıb.
Diplomat hesab edir ki, digər istənilən nəticə təkcə Ukrayna xalqına deyil, həm də “azadlıq və təhlükəsizlik prinsiplərinə xəyanət” olar.
Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl bəyan etmişdi ki, Rusiyaya strateji məğlubiyyətin mümkün olmadığını “ən inadkar düşüncəli insanlar” belə anlamalıdırlar. O, Rusiyanın beynəlxalq təcridə salınması cəhdlərinin tam uğursuzluğa düçar olduğunu qeyd edib.
Putinin sözlərinə görə, "xüsusi hərbi əməliyyat" zonasındakı strateji təşəbbüs Rusiya Silahlı Qüvvələrinin əlindədir. Prezident əlavə edib ki, Ukrayna ordusu cəbhə xətti boyunca müqavimət göstərməyə çalışsa da, geri çəkilir və Rusiya qarşıya qoyduğu bütün hədəflərə çatmalıdır.
Qeyd edək ki, bundan əvvəl Rusiyada Ukrayna Silahlı Qüvvələrinin hazırkı baş komandanı Aleksandr Sırskiyə qarşı istefa tələbi ilə kampaniyanın başladığı bildirilmişdi.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.