Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiyanın Çelyabinsk vilayətində, Medvedevka kəndinin sakini nadir bir göbələk olan qırmızı drorajka (Tremella mesenterica) tapıb. Keçmişdə bu göbələk “cadugərlərə qarşı vasitə” hesab olunub və “cadugər yağı” adlandırılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, göbələyi tapan Nadejda Çebıkina yerli “Rayon həyatı” qəzetinə danışarkən bildirib:
“Orta əsrlərdə, Avropada şər qüvvələrə qarşı təqiblər zamanı bu göbələk cadugərlərə qarşı etibarlı vasitə sayılırdı: onu yandırır, külünü havaya sovururdular. Buna görə də o, “cadugər yağı” adını almışdı”.
Nadejda qeyd edir ki, göbələyin aktiv böyümə mərhələsində onun görünüşü doğrudan da insan beynini xatırladır: onun üzəri müxtəlif ölçülü çoxsaylı qırışlarla örtülüdür. Əllə toxunanda isə hiss olunur ki, onun quruluşu jelatinəbənzərdir, sanki bərk jeledir.
Bu göbələyin əmələ gəlməsi yüksək rütubət şəraiti ilə bağlıdır: o, qarın əriməsi zamanı, uzunmüddətli yağışlarda və ya tutqun havalarda ortaya çıxır. Quru və günəşli havada göbələk nəmliyini itirərək sərt qabığa çevrilir, lakin yağıntılardan sonra yenidən jelatinəbənzər formasını bərpa edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.