EN

Hərbi xidmət müddəti azaldılacaq?

Tarixi hərbi paradda nümayiş olunan silahlar, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyətinin daha da sistemləşdirilməsi xüsusi diqqət çəkib.

Bildirilir ki, Vətən müharibəsindən sonra aviasiyamız gücləndirilib, həmçinin “İce breaker” və bu kimi supersonik raketlər, artilleriya qurğuları ilə ordumuzun arsenalı zənginləşdirilib.

Bununla yanaşı, Azərbaycan ordusunda Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sayı kəskin artırılıb. Təkcə ötən gün parad zamanı meydanda təxminən 4000 XTQ üzvü var idi. Bu, həmin qüvvələrin yalnız kiçik bir hissəsidir.

Oxu24.combildirir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etsə də, regionda və dünyada gedən proseslərə qarşı mümkün risklər fonunda hər keçən gün ordusunu gücləndirir. Xüsusən Prezident İlham Əliyevin bir qədər əvvəl dediyi “Azərbaycan ordusu NATO standartları ilə formalaşır” fikri bu baxımdan maraq doğurur.

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə və uğurlu antiterror əməliyyatlarından sonra Azərbaycan rəsmi şəkildə ordunun Türkiyənin “kiçik ordu modeli”nə keçəcəyini bəyan edib:

“Azərbaycan ordusunun Türkiyə modelinə keçidi, eyni zamanda NATO standartlarına uyğunlaşma anlamına gəlir. Ordumuzun NATO prinsipləri əsasında formalaşması çox müsbət haldır. Lakin bu mərhələdə hələ bütün texnikanın həmin standartlara uyğun silahlarla təchiz olunduğunu demək tezdir. NATO standartları dedikdə əsasən silahlanma və texniki təminat nəzərdə tutulur.

Azərbaycan müxtəlif ölkələrdən fərqli tipli hərbi texnikalar alır.

Son illərdə Çindən hava hücumundan müdafiə sistemləri, İsraildən müxtəlif növ silahlar, eləcə də Türkiyə, Slovakiya və Çexiyadan texnikalar alınıb. Görünür ki, Azərbaycan ən müasir və effektiv silah sistemlərini seçməyə çalışır. Tam şəkildə NATO standartlarına keçid üçün vaxt lazımdır. Çünki hava hücumundan müdafiə sistemlərimiz müxtəlif ölkələrdən tədarük olunub – Rusiyadan “S-300” kompleksləri, Belarus, İsrail və Çin istehsalı olan texnikalar mövcuddur”.

Chosen
17
2
sportinfo.az

7Sources