EN

Formula 1 Braziliya Qran-Prisinin qalibi məlum oldu

“McLaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 Dünya Çempionatının 21-ci mərhələsi – Braziliya Qran-Prisində qalib gəlib.

Musavat.com xəbər verir ki, yarış San-Pauludakı “İnterlaqos” avtodromunda keçirilib.

İkinci yeri “Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli, üçüncü yeri isə pit-leyndən start götürən “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.

Chosen
24
11
musavat.com

10Sources