HAMAS hərəkatı vasitəçilərə Qəzza sektorunda İsrail ordusunun nəzarətində olan ərazilərdən öz döyüşçülərini çıxarmağa hazır olduğu barədə məlumat verib.
APA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi İsmayıl Radvan "Al Jazeera" telekanalına açıqlama verib.
“Biz vasitəçilərə ‘sarı zona’ adlanan ərazilərdən döyüşçülərimizi çıxarmağa hazır olduğumuzu bildirmişik,” – deyə Radvan vurğulayıb.