EN

Suriyada İŞİD-lə əlaqəli 70-dən çox şəxs saxlanılıb

Suriya Daxili İşlər Nazirliyi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücrələrinə qarşı preventiv əməliyyat zamanı 71 nəfəri saxlayıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.

Mənbə bildirib ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif vilayətlərində 61 reyd həyata keçiriblər.

"Qruplaşmanın yüksəkrütbəli, təhlükəli, ortasəviyyəli və sıravi liderləri saxlanılıblar", - materialda qeyd olunur.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ ordusu Suriyanın şimalında ölkədə terror qruplaşmasının növbəti lideri olmağı planlaşdıran İŞİD qruplaşmasının yüksəkrütbəli üzvünü məhv edib.

20 iyulda İŞİD-in liderlərindən biri və onun köməkçilərindən birinin İraq və Suriya sərhədində məhv edildiyi bildirilmişdi.

Chosen
27
1
far.az

2Sources