EN

Soyuq müharibənin nəhəngləri geri dönür: ABŞ B-52-ləri bu ölkədə YERLƏŞDİRİR

 

Amerikanın strateji "B-52H Stratofortress" bombardmançıları İspaniyanın "Moron" aviabazasına eniblər.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

Bildirilir ki, bu təyyarələr Finlandiya, Litva, İsveç və digər müttəfiqlərlə birgə keçirilən çoxmillətli təlimlərdə iştirak edəcək.

Məlumata görə, ümumilikdə 3 "B-52H" bombardmançısı Luiziana ştatındakı "Barksdeyl" aviabazasından havaya qalxaraq İspaniyaya çatıb.

ABŞ Hərbi Hava Qüvvələri bildirir ki, bu cür təlimlər çərçivəsində strateji qüvvələrin yerləşdirilməsi ekipajlara sürətli reaksiya taktikasını təkmilləşdirməyə, həmçinin NATO-nun şərq cinahı və Uzaq Şimal regionunda çəkindirici gücü qorumağa imkan verir.

Təlimlər zamanı "B-52" ekipajları yüksək təhlükə səviyyəsi və mürəkkəb hava şəraiti şəraitində əməliyyatların simulyasiyası ilə bağlı bir sıra təlim uçuşları həyata keçirəcəklər.

Musavat.com

Chosen
7
1
musavat.com

10Sources