EN

Şəkidə baş verən ağır qəzada 6 nəfərin ağır yaralanıb, sürücünün kimliyi məlum olub VİDEO YENİLƏNİB 1

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Şəkidə baş verən ağır yol-nəqliyyat hadisəsində avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin kimliyi müəyyənləşib.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdurahmanovun idarə etdiyi “Mercedes E-220” markalı, 04-BM-692 dövlət nömrə nişanlı avtomobillə 1994-cü il təvəllüdlü Pərviz Bəşarət oğlu Allahverdiyevin idarə etdiyi “Chevrolet Cruze” markalı, 55-CC-770 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Mercedes”in sürücüsü S. Abdurahmanov sükan arxasında sıxılmış vəziyyətdə qalıb.O, Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xüsusi qəza-xilasetmə alətləri vasitəsilə avtomobildən çıxarılaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

22:05Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 09.11.2025-ci il tarixində saat 20:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 6 nəfər (4 kişi, 2 qadın) hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müayinəsi və maalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir.

https://t.me/apa_az/108320

***

20:13Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Sıxılmış vəziyyətdə qalanların çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerinə həmçinin polis əməkdaşları və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
5
apa.az

10Sources