Zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi parad bir sıra özəlliklərlə yadda qaldı.
Paradda yeni qoşun növləri ilə yanaşı silahlı qüvvələrin arsenalında olan və ilk dəfə ictimaiyyətə təqdim olunan texnikalar müşahidə olunub. Hərbi paradda nümayiş edilən müasir silahlar, yeni qoşun növləri və ordunun yüksək hazırlığı Azərbaycanın müdafiə qüdrətinin hansı səviyyəyə çatdığını bir daha göstərdi.
Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr göstərildi. Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.
Paralel.az xəbər verir ki hərbi ekspert Ədalət Verdiyev paradda nümayiş olunan hərbi texnikaların xüsusiyyətlərindən danışıb:
"İlk dəfə olaraq Pakistandan Azərbaycana tədarük edilən "GF Thunder blok 3" təyyarələri paket şəklində Bakı səmasında uçuşlar həyata keçirdi. "CF17" qırıcıları 3000 kilometrə qədər əlavə yanacaq çənləri ilə birlikdə uça bilir. Bu, çox böyük bir göstəricidir. Digər tərəfdən çoxfunksiyalıdır.
Həm hava döyüşləri apara, yəni hava-hava raketləri ata, həm yerüstü hədəflərə qarşı hava-yer raketlərindən istifadə edə, həm də idarə olunan bombalar ata bilir. Yeddi asqısı var. Yəni asqılardan müxtəlif təyinatlı silah-sursatlar asılıb istifadə oluna bilir", - deyə ekspert bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında: