EN

Xəzər sahilində 71 ölü suiti aşkarlandı

Kulalı adasının sahillərində 70-dən çox ölü suiti aşkar edildikdən sonra ekoloqlar Xəzər dənizində su nümunələri toplayır.

Bu barədə Qazaxıstanın Manqistau vilayətinin Ekologiya İdarəsi məlumat yayıb.

"Manqistau vilayətinin Ekologiya Departamentinin Laboratoriya və İstintaq Nəzarəti Departamentinin mütəxəssisləri Balıq Təsərrüfatı Müfəttişliyi İdarəsinin və Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri ilə birlikdə Kulalı adasının sahilində ətraf mühitin monitorinqini aparıblar. Monitorinq zamanı 71 ölü suiti aşkar edildikdən sonra su nümunələri götürülüb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, noyabrın əvvəlində Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər sahilində 112 Xəzər suitisinin cəsədi aşkar edilib. (Report)

Chosen
17
23
musavat.com

10Sources