Bakı-Qazax yolunda təmirinə görə avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıbb.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur. Bununla əlaqədar hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir.
Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, hazırda Hacıqabul-Ələt yolunun Pirsaat hissəsində kilometrlərlə uzanan təxac yaranıb.
Telegram kanalımız