Bərdədə nənə və nəvə dəm qazından boğulub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində baş verib.
Kənd sakini 1986 il təvəllüdlü Fətəliyeva Aytən Əsgər qızı və onun 2023-cü il təvəllüdlü nəvəsi Nəcəfov Sadiq Orxan oğlu dəm qazından zəhərlənib.
Hadisənin nənə nəvəsini çimizdirərkən baş verdiyi bildirilir.
Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info