EN

İlham Əliyevin paradda lazımi adamlara ünvanlanmış MESAJIVİDEO

Bir zamanlar Serj Sarkisyan və Robert Koçaryanın çox içdən dilədiyi bir arzusu var idi. Hətta, bunun reallaşacağı barədə inamla danışır, çıxışlar edir, oxşar fikirlər səsləndirirdilər. Erməni tankları Bakıya gələcək və burada çay içəcəkdilər.

Ermənistanın həm yeni, həm köhnə hakimiyyəti 2020-ci ilə qədər bu fikirdə idi. Çünki düşünürdülər ki, onlar Bakını da işğal edə biləcəklər və təkcə Sarkisyan, Köçəryan yox, başqaları da məhz bunu deyirdi.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Zaur Məmmədov deyir ki, 1990-cı illərin əvvəllərində, həm də 2020-ci ildə baş verənlərdə  əsas məqsəd Azərbaycanın böyük bir hissəsini ələ keçirtmək idi. Düşünürdülər ki, buna nail olacaqlar. Bakı ilə bağlı çıxışlar edirdilər, həmçinin, Azərbaycanın ayrı-ayrı mərkəzi rayonları barədə arzularını dilə gətirirdilər.

Zaur Məmmədovun sözlərinə görə, təkcə Bakıdakı erməni seperatçıları yox, ermənistanın özündə olan əli qana bulaşmış şəxslər belə ehtiyatlı olmalıdırlar və başa düşməlidirlər ki, heç vaxt Azərbaycanın ədalət məhkəməsindən qaça bilməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
58
xezerxeber.az

1Sources