EN

"Qəbələ"nin legioneri: "Yaxşı oynayırıq, rəqiblərdən daha çox qol epizodu yaradırıq" - MÜSAHİBƏ

"Qəbələ"nin ispan futbolçusu Xayme Syerra Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" yenə məğlub oldu. “Sumqayıt”la görüşdəki məğlubiyyət barədə nə düşünürsən?

- Rəqibin oyun baxımından bizdən üstün olmadığı növbəti görüşün şahidi olduq. Qol imkanlarını biz yaratdıq, oyunu idarə edən biz idik. Amma ciddi səhvə yol verdik və bu da tabloda əksini tapdı. Məhz bu da, işləri çətinləşdirdi.

- Sizcə, məğlubiyyətin əsas səbəbi nə idi? 

- "Sumqayıt" penalti qazandı. Amma bizə qarşı qol imkanları yaratmadılar. Əsas səbəb qol imkanlarımızı dəyərləndirməməyimiz və bəzi qarşısı alına biləcək səhvlər etməyimizdir. Sonda ən az səhv edən və qapı qarşısında ən çox dəqiq olan qalib gəlir.

- Milli komandaların oyunlarına görə bu turdan sonra çempionatda fasilə yaranacaq. Sizcə, bu fasilə “Qəbələ” üçün yerinə düşdü?

- İşləmək üçün çox vaxtımız olacaq. Əminəm ki, komanda inkişaf edəcək. Səmimi qəlbdən inanıram ki, bu, düzgün yoldur. Çünki biz yaxşı oynayırıq və rəqiblərimizdən daha çox qol imkanları yaradırıq. Amma nəticələr alınmayanda hər şey qaranlıq görünür. Pozitiv qalmalı, yaxşı gördüyümüz bir çox şeyi etməyə davam etdirməli və o qədər də yaxşı etmədiyimiz şeyləri inkişaf etdirməliyik.

- "Kəpəz" 3 xalla turnir cədvəlində sonuncu yerdədir. "Qəbələ"nin 5 xalı var. Sonuncu pilləyə düşmək riskini hiss edirsiz?

- Mövsüm uzundur. Hələ qarşıda çox oyun qalıb.

- Bəlkə qış fasiləsindən sonra vəziyyət düzələcək?

- Əminəm ki, növbəti oyundan etibarən işlər düzələcək.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
3
1
sportal.az

2Sources