EN

İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

İran hakimiyyəti Pakistanla Əfqanıstan arasında vəziyyətin normallaşmasına kömək etmək istəyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü pakistanlı həmkarı Məhəmməd İşaq Dar ilə telefon danışığı zamanı bildirib.

"Xarici işlər naziri Əraqçi bildirib ki, İran Pakistanla Əfqanıstan arasında son zamanlar ölümcül sərhəd toqquşmalarından sonra daha da kəskinləşən gərginliyi azaltmağa kömək etməyə hazırdır", - məlumatda bildirilib.

Əraqçi vəziyyətdən narahatlığını bildirib və tərəfləri nüfuzlu regional dövlətlərin dəstəyi ilə dialoqu davam etdirməyə çağırıb. Əraqçi və Dar, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
10
baku.ws

10Sources