ABŞ prezidenti Donald Trampla "F-35" qırıcıları məsələsi ilə bağlı son danışıqlarda müsbət nəticələr əldə edilib və Ankara bu vədləri yerinə yetirməyə ümid edir.
"Unikal" xəbər verir ki. bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 noyabr Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak etdiyi Azərbaycandan qayıdarkən təyyarədə deyib.
"ABŞ prezidenti Donald Trampla son danışıqlarımız zamanı mühüm müsbət addımlar atdıq. Ümid edirəm ki, bu vədlər yerinə yetiriləcək", - deyə Türkiyə Prezidenti qeyd edib.