EN

20 milyon dollarlıq avtomobil satışa çıxarılacaq

"RM Sotheby's" hərrac evi nadir avtomobili satışa çıxaracaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə hərrac evinin saytında elan yerləşdirilib.

Məlumata görə, hərrac noyabrın 22-də Las-Veqasda keçiriləcək "Formula-1" Qran-prisinə həsr olunacaq.

Satışa çıxarılacaq GMSV S1 LM superkarı sanki əfsanəvi "McLaren F1"in yeni versiyasıdır. Hər iki modelin yaradıcısı Qordon Mürreydir.

Avtomobildən cəmi 5 ədəd yığılacaq. Onun ilkin qiymətinin 20 milyon dollardan çox olacağı gözlənilir.

Kupe unikal karbon lifli kuzova, 4.3 litrlik V12 700 at gücü olan mühərrikə malikdir. Avtomobilin çəkisi 957 kiloqramdır.

Chosen
4
2
olke.az

3Sources