EN

ABŞ-də “şatdaun” NATO ölkələrinə silah tədarükünü dayandırıb

Maliyyə böhranı səbəbindən AMRAAM, Aegis və HIMARS sistemlərinin göndərişi ləngiyib...

ABŞ hökumətinin fəaliyyətində yaranan fasilə (“şatdaun”) Ukraynaya dəstək çərçivəsində NATO müttəfiqlərinə nəzərdə tutulan silah tədarükünü dayandırıb.

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalı Dövlət Departamentindəki mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, “şatdaun” həm ABŞ-ın müttəfiqlərinə və tərəfdaşlarına, həm də Amerikanın müdafiə sənayesinə ciddi zərbə vurub. Rəsmi qeyd edib ki, dövlət aparatının fəaliyyətinin dayandırılması bir çox mühüm silah sistemlərinin xaricə göndərilməsini çətinləşdirib və gecikdirmələrə səbəb olub.

Məlumata əsasən, fasilə dövründə AMRAAM tipli idarəolunan raketlərin, Aegis döyüş sistemlərinin və HIMARS reaktiv yaylım atəş komplekslərinin Danimarka, Xorvatiya və Polşa kimi müttəfiq ölkələrə tədarükü dayandırılıb.

Dövlət Departamentinin bir çox əməkdaşları, o cümlədən Konqres komitələri ilə əlaqələndirmə və satış proseslərini yekunlaşdırmaqla məşğul olan işçilər, məcburi ödənişsiz məzuniyyətə göndərilib. Nəticədə silah satışı və çatdırılma prosedurları xeyli ləngiyib.

Departamentin yüksək vəzifəli nümayəndəsi bildirib ki, ötən ay Dövlətin Hərbi-Siyasi Məsələlər Bürosundakı personalın sayı adi işçi sayının təxminən dörddə biri səviyyəsinə enib. Bu isə beynəlxalq silah satışlarının və NATO ilə koordinasiyanın tempini nəzərəçarpacaq dərəcədə zəiflədib.

Poliqon.info

Chosen
31
poliqon.info

1Sources