EN

Siyəzəndə itkin düşən yeniyetmə tapıldı YENİLƏNİB

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən xəbər verilib.

Bəşirov Sənan Bəşir oğlu polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

8 noyabr, saat 17.06

Siyəzəndə yeniyetmə itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, Siyəzən rayon sakini 17 yaşlı Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə  və ya Siyəzən rayon Polis Şöbəsinin “+994 23 304 02 21”,  “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
9
lent.az

10Sources