Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsindəki Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradla bağlı videogörüntülər yayıb.
KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
Videogörüntü hərbi parada qatılan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələrinin göyərtəsindən çəkilib.