EN

"Yuventus"un baş məşqçisi: "Bacarığımızdan aşağı səviyyədə oynadığımızı başa düşürük"

"Yuventus"un yeni baş məşqçisi Luçano Spalletti İtaliya A seriyasının 11-ci turunda "Torino" ilə görüşün nəticəsi haqda danışıb.. 

Sportal.az "Pazzi di Fanta"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan Turin derbisində komandasının yüksək performans göstərmədiyini etiraf edib: 

"Bacarığımızdan aşağı səviyyədə oynadığımızı başa düşürük. Bunun üzərində işləməliyik. Bəzi oyunçular yorğun olsalar da, ümumilikdə göstərdikləri səydən məmnunam. Əks-hücum riskini bilərək şüurlu şəkildə irəli getdik. Lakin daim təzyiq yaradaraq aktiv olmağı seçdik. Bu görüşdə bir xal qazandıq, amma işləməyə davam edirik".

Qeyd edək ki, “Yuventus"un 19 xalla 5-ci pillədədir. 

 

saytlarin hazirlanmasi

Chosen
48
1
sportal.az

2Sources