EN

Rusiya burada böyük itkilər VERİR

Rusiya ordusu cəbhənin əsas sahələrində heç bir irəliləyiş əldə etməyiblər və Sum bölgəsində böyük itkilər verirlər.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

 

Hesabata əsasən, ruslar Sum bölgəsinin şimalında hücum əməliyyatlarını davam etdiriblər, lakin irəliləyə bilməyiblər.

 

“Ruslar Sum istiqamətində, Bezsalovka yaxınlığında fərariliyin yüksək səviyyəsi və lazımi təlim, rabitə və radio əlaqənin olmaması səbəbindən böyük itkilər verirlər”, - İnstitut rusiyalı hərbi müxbirlərə istinadla bildirib.

 

Məlumata görə, Ukraynanın pilotsuz təyyarələrinin hücumları rusların təchizatını artırmasını çətinləşdirir.

Chosen
9
5
modern.az

6Sources