EN

Ayxan Abbasov Fransa ilə oyuna onları çağırdı - SİYAHI

Azərbaycan yığma komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

AFFA-dan verilən məlumata görə, yığmanın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransa millilərinə qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

Yığma noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.

Heyəti təqdim edirik:

S.AD / SOYADKLUB
1Şahrudin MəhəmmədəliyevQarabağ
2Aydın BayramovZirə
3Rza CəfərovNeftçi
4Səlahət AğayevQəbələ
5Anton KrivotsyukDaejon Hana (Cənubi Koreya)
6Bəhlul MustafazadəQarabağ
7Elvin BədəlovNeftçi
8Bədavi HüseynovQarabağ
9Rəhman DaşdəmirovSabah
10Abbas HüseynovQarabağ
11Cəlal HüseynovArda (Bolqarıstan)
12Qismət AlıyevZirə
13Rüfət AbbasovŞamaxı
14Elvin CəfərquliyevQarabağ
15Emin MahmudovNeftçi
16Mustafa ƏhmədzadəAraz-Naxçıvan
17Səbuhi AbdullazadəSumqayıt
18Abdulla XaybullayevSabah
19Xəyal ƏliyevSabah
20Toral BayramovQarabağ
21Ceyhun NuriyevZirə
22Rüstəm ƏhmədzadəSumqayıt
23Anatoli NuriyevSabah
24Rüfət AbdullazadəVarazdin (Xorvatiya)
25Renat DadaşovMotor (Polşa)
26Nəriman AxundzadəQarabağ
Chosen
12
6
news365.az

7Sources