Hindistanın Andaman adaları yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Port Bleyrdən 148 km şimal-şərqdə, ocağı isə 133 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.