EN

Millimizin heyəti açıqlanıb - SİYAHI

Azərbaycan milli komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

İdman.Biz xəbər verir ki, baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək qarşılaşmalar üçün heyəti müəyyənləşdirib.

Millimiz noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığmasına qarşı oynayacaq. Noyabrın 16-da isə növbəti qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsinə qarşı baş tutacaq.

Heyətə çağırılan oyunçular:

Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə (hamısı “Qarabağ”)

Aydın Bayramov, Qismət Alıyev, Ceyhun Nuriyev (hamısı “Zirə”)

Rza Cəfərov, Elvin Bədəlov, Emin Mahmudov (hamısı “Neftçi”)

Rəhmən Daşdəmirov, Abdulla Xaybullayev, Xəyal Əliyev, Anatoli Nuriyev (hamısı “Sabah”)

Səbuhi Abdullazadə, Rüstəm Əhmədzadə (hamısı “Sumqayıt”)

Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”)

Rüfət Abbasov (“Şamaxı”)

Səlahət Ağayev (“Qəbələ”)

Cəlal Hüseynov (“Arda”, Bolqarıstan)

Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya)

Rüfət Abdullazadə (“Varazdin”, Xorvatiya)

Renat Dadaşov (“Motor”, Polşa)

İdman.Biz

Chosen
11
21
idman.biz

10Sources