EN

Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız - Vüqar Rəhimzadə

Bakı. Trend:

Zəfər Günümüzün davamı olaraq Dövlət Bayrağı Gününü böyükqürurla qeyd edirik. Beş il bundan öncə Dövlət Bayrağı Günündə,noyabrın 9-dan 10-a keçən gecə Azərbaycanın hərbi-siyasiQələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olanüçtərəfli Bəyanatın imzalanması ilə ərazi bütövlüyümüzün bərpaedilməsinin sevincini yaşadıq. Müzəffər Ali Baş Komandan İlhamƏliyev Dövlət Bayrağı Günündən bir gün əvvəl, 8 noyabr tarixindəQarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqaçatdırdı. Qələbəmizə şahidlik edən Azərbaycan Bayrağı 44 gün davamedən İkinci Qarabağ müharibəsinin hər günündə azad edilmiş şəhər vəkəndlərimizdə ucaldıldı. Milli qürurumuz, kimliyimiz olan üçrəngliBayrağımız sevincli günlərimizin bələdçisi, Zəfərlərimizinmüjdəçisidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin şanlı Zəfərimizdən dərhal sonra işğaldan azad edilmişərazilərimizə ilk səfərləri də Azərbaycan Bayrağının ucaldılmasıilə tarixə yazıldı.

Son beş ilin reallıqları dövlət başçısı İlham Əliyevin 2018-ciildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətiləkeçirilən təntənəli hərbi paradda səsləndirdiyi bu fikirləri yadasalmağı bir tələbə çevirir: “Gün gələcək və bu gün işğal altındakıtorpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycanbayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paraddagöstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq vəyaxınlaşdırırıq.” Çünki həmin paradda 2016-cı ilin Apreldöyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azadedilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıqmeydanında nümayiş etdirilmişdi. Məhz bu bayraqlar hərbçilərimizidaha da irəli apardı, tariximizə Zəfər səhifəsini yazmalarınastimul oldu. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfərparadında 44 günlük İkinci Qarabağ müharibəsində işğaldan azadedilmiş torpaqlarımızda ucaldılan Azərbaycan Bayrağı Azadlıqmeydanında nümayiş etdirildi. O zaman Müzəffər Ali Baş Komandanböyük qürurla bildirdi ki, Azadlıq meydanında paradlar çoxkeçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlardaqaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bugün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Bizbundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıVüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 9 noyabr Azərbaycandövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Prezident İlhamƏliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər ilnoyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq CümhuriyyətiNazirlər Şurasının yerləşdiyi binada qəbul edilib, iclasınkeçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binasıüzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusunamalik olub. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməlprinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadəetdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üçtəməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq”düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəyHüseynzadədir.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan XalqCümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-dəNaxçıvan Muxtar Respublikası Ali Məclisində xalqımızın ÜmummilliLideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilənsessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraqtəsdiq edilmişdir. Ümummilli Lider Heydər Əliyev bu mühüm addımıbeə səciyyələndirmişdir ki, 1990-cı il noyabrın 17-də biz burada,Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənimsədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan XalqCümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli Bayrağınıqaldırdıq.

Millət vəkili bildirib ki, hər bir dövlətin, millətin varlığınıtəsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Eləbir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adıçəkilməsin. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarınaüçrəngli Bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalıarzulanır. Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşınborcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinəəsasən hər bir vətəndaş Azərbaycanın dövlət rəmzlərinə - bayrağına,gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinəhörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmişməsuliyyətə səbəb olur. Döv­lət Bay­ra­ğımız­ Azər­bay­canvə­tən­daş­la­rı­nın mil­li həm­rəy­li­yi­nin, va­hid məf­ku­rəət­ra­fın­da sıx bir­ləş­mə­si­nin baş­lı­ca amil­lə­rin­dənbi­ridir. Bayraq milli identikliyin təzahür formalarından biridir.Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının,mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığınınəsas göstəricisidir.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin 17 noyabr 2007-ci iltarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlətbayrağı meydanının yaradılması haqqında” Sərəncamını da xüsusi qeydedib. Bildirib ki, bu Sərəncam Dövlət Bayrağının dövlət rəmzlərisırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilinsentyabrın 1-də keçirildi. Dövlət Bayrağının təntənəli açılışmərasimində Prezident İlham Əliyev bildirdi ki, bu Bayraq MeydanıBakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinəçevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəmmeydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim Bayrağımızqürur mənbəyimizdir. Bizim Bayrağımız canımızdır, ürəyimizdir. Bugün Azərbaycanın hər bir yerində dövlət Bayrağı dalğalanır.Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlətBayrağımız bu gün hələ də işğal altında olan torpaqlardaqaldırılacaqdır.

Tarixi Zəfərimizdən öncə bütün bayramlarda səsləndirilən ənböyük arzu, istək Qarabağımızın işğaldan azad edilməsi,soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Son beş ildəbayramlarımız böyük sevinc və qürur hissi ilə qeyd edilməkləyanaşı, arzularımız, hədəflərimiz də dəyişib. Artıq azadQarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsindən,soydaşlarımızın Böyük Qayıdışından bəhs edirik. Hər bir uğurumuzaşahidlik edən üçrəngli Bayrağımızın altında sıx birləşən bütündünya azərbaycanlıları bu hədəfin yüksək səviyyədə reallığaçevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Artıq azadedilmiş torpaqlarımızda Azərbaycan Bayrağının şahidliyi iləkeçirilən iqtisadi, siyasi, humanitar, beynəlxalq tədbirlərQələbəmizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlarındünyaya təqdimatıdır. Bu torpaqların sahibi kimi qurub-yaradır,Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çeviririk.

Milli Məclisin deputatı vurğulayıb ki, Dövlət Bayrağı MeydanındaDövlət Bayrağı Muzeyi də yaradılıb və 2010-cu il noyabrın 9-da onunaçılışı oldu. Muzeyin fəaliyyəti dövründə burada AzərbaycanınDövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olanxanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilir vəgələn qonaqlara ətraflı məlumatlar verilir. Bundan başqa, muzeydəAzərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirəneksponatlar nümayiş etdirilir. Bayraq Meydanı 2024-cü ilin noyabrın8-də yenidən açıldı və Prezident İlham Əliyev Azərbaycan Bayrağınıqaldırdı. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı buMeydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni tərtibatdafəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətənmüharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiyanümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə DövlətBayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəkiQələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotolarısərgilənir. Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədimvə orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSRdövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliktarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin orduquruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəkitarixi Qələbəyə həsr edilən videolar nümayiş olunur. Atılan hər biraddım hər birimizin qürur duyduğumuz güclü, qüdrətli, müasir,müstəqil, qalib Azərbaycanın təqdimatına, siyasi mövqeyinin daha damöhkəmlənməsinə, həqiqətlərimizin təbliğinə xidmət edir.

Vüqar Rəhimzadə bildirib ki, müstəqil, nüfuzlu, qüdrətliAzərbaycan dövləti dünya birliyində özünə layiqli yer tutub.Azərbaycanın Dövlət Bayrağı bütün beynəlxalq təşkilatlarıniqamətgahları qarşısında, müstəqil Azərbaycanın başı üstündədalğalanır və daim dalğalanacaqdır. Qalibiyyət rəmzi olan üçrənglibayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmasıqürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızınəyani təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin “Biz özhimnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizimvətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi vəməhəbbətin rəmzidir” fikirlərinin davamı olaraq dövlət başçısı,Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, Bayrağımızeşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürurmənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpaetdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyinsimvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilikrəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətininyadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvidəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayişetdirir.

Məqalədə:
Chosen
23
4
az.trend.az

3Sources