EN

Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

TÜRKSOY-un təşkilatçılığı ilə növbəti Türk Dünyası Mədəniyyət Forumu Azərbaycanda baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TÜRKSOY-un Baş katibi Sultan Raev məlumat verib.

 

Forumun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır. Tədbirin təşkil olunacağı məkan kimi Şəki və Naxçıvan şəhərləri ilə bağlı müzakirələr aparılır:

 

“Azərbaycan TÜRKSOY-da ən lokomotiv ölkələrdən biridir. Biz Azərbaycanda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 2026-cı ilin aprelində keçiriləcək Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində animasiya filmlərinin nümayişi kimi maraqlı layihələr də nəzərdə tutulur”.

 

Sultan Raev əlavə edib ki, Forumdan əlavə Azərbaycanda müxtəlif şəhərləri əhatə edəcək mədəni tədbirlərin təşkili də planlaşdırılır.

Chosen
24
17
modern.az

10Sources