EN

Şanlı üçrəngli bayrağımız bütün suveren Azərbaycan ərazilərində dalğalanır - Ceyhun Bayramov

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə özünün "X" hesabında yazıb.

O bildirib ki, müstəqilliyimizin və suverenliyimizin təcəssümü olan şanlı üçrəngli bayrağımız bu gün bütün suveren Azərbaycan ərazilərində dalğalanır:

"Milli qürur mənbəyimiz olan bayrağımız uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirəm".

Chosen
34
11
sia.az

10Sources