EN

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün 6 növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan təmsilçiləri 6 idman növündə mübarizə aparacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, ağırlıqqaldırma yarışında İsa Rüstəmov (71 kq) çıxış edəcək.

Cüdoçuların mübarizəsində Aytac Qardaşxanlı, Südabə Ağayeva (hər ikisi 70 kq), Günel Həsənli (78 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) medal qazanmağa çalışacaqlar.

Üzgüçülük yarışlarında Səid Həmidov, Yeqor Maynitskiy, Rəşad Alquliyev, Fatimə Alkərəmova, Anastasiya Boborikina, bacarıqlarını nümayiş etdirəcəklər.

Kişi və qadınlardan ibarət yığmalarımız, həmçinin 4x100 metr məsafəyə sərbəst üsulla üzmədə qarışıq komanda yarışında mübarizə aparacaq.

Azərbaycan boksçularından Səidcəmşid Cəfərov (80 kq), Aynur Mikayılova (57 kq) Fatimə Mehdiyeva (65 kq) və Məhəmmədəli Qasımzadə yarımfinal görüşünə çıxacaqlar.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsində növbəti oyunu ev sahibi Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın stolüstü tennis yığması da Pakistan kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Chosen
26
3
bakivaxti.az

4Sources