EN

Deputat Novruzəli Aslanov İsmayıllıda keçirilən bayram tədbirlərində iştirak edib -Fotolar



Azərbaycanın bütün rayon və bölgələrində olduğu kimi, 8 Noyabr – Zəfər Günü İsmayıllıda da böyük coşqu ilə qeyd olunub. İ

aia.az xəbər verir ki, smayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirlərində Milli Məclisin deputatı Novruzəli Aslanov iştirak edib. Günün birinci yarısında tədbir iştirakçıları İsmayıllı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin ruhlarına dualar oxunub, məzarları üstünə güllər qoyulub.

Günün ikinci yarısında bayram tədbirləri açıq havada təşkil olunmuş bayram konserti ilə davam edib. Konsert proqramı tanınmış incəsənət ustalarının, eləcə də gənc sənətçilərin milli-vətənpərvərlik ruhunda çıxışları ilə yadda qalıb.



Chosen
50
aia.az

1Sources