Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Suriya Daxili İşlər Nazirliyi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının hücrələrinə qarşı preventiv əməliyyat zamanı 71 nəfəri saxlayıb.Demokrat.az xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı məlumat yayıb.Mənbə bildirib ki, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif vilayətlərində 61 reyd həyata keçiriblər."Qruplaşmanın yüksəkrütbəli, təhlükəli, ortasəviyyəli və sıravi liderləri saxlanılıblar", - materialda qeyd olunur.Bundan əvvəl bildirilmişdi ki, ABŞ ordusu Suriyanın şimalında ölkədə terror qruplaşmasının növbəti lideri olmağı planlaşdıran İŞİD qruplaşmasının yüksəkrütbəli üzvünü məhv edib.20 iyulda İŞİD-in liderlərindən biri və onun köməkçilərindən birinin İraq və Suriya sərhədində məhv edildiyi bildirilmişdi. (Oxu.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.