EN

Nyu-York meri 8 noyabrı Azərbaycanın Zəfər Günü kimi tanıyıb - FOTO

ABŞ-nin Nyu-York şəhəri meriyası 8 noyabr 2025-ci ilin Azərbaycan Respublikasının Zəfər Günü kimi tanınması ilə bağlı bəyannamə imzalayıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, sənəd Azərbaycan-Amerika Gənclər Federasiyasına (AAYF) ünvanlanıb.

Sənəddə şəhər meri Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik edib və sevincinə şərik olduğunu bildirib.

Sənəddə qeyd olunur ki, AAYF mədəni mübadilə, gənclərin inkişafı və vətəndaş fəallığını təşviq edən, seminarlar, mentorluq təşəbbüsləri və şəbəkələşmə imkanları vasitəsilə azərbaycanlı gəncləri bir araya gətirən nüfuzlu gənclər təşkilatıdır. Federasiya Nyu-Yorkun beş inzibati dairəsində və ABŞ-nin müxtəlif ştatlarında fəaliyyət göstərərək gənc azərbaycanlı amerikalılara dəstək olur.

Mətndə o da vurğulanır ki, AAYF həmçinin ali təhsil müəssisələri və ictimai təşkilatlarla əməkdaşlıq edərək tədris və qarşılıqlı öyrənmə üçün inklüziv mühitlər yaradır.

Nyu-York şəhərinin meri Erik Adams sertifikatda qeyd edib:

"Azərbaycanlı Nyu-yorkluların inkişafına və hər kəs üçün daha parlaq gələcək qurmaq istiqamətindəki səylərinə görə AAYF-i alqışlayıram".

Sənəd AAYF-nın prezidenti Leyla Aslanovaya təqdim olunub.

Xatırladaq ki, AAYF 2023-cü ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələr tərəfindən təsis edilib.

Chosen
7
7
bakivaxti.az

8Sources