EN

Stoltenberq NATO-nun ən böyük məğlubiyyətini açıqladı

NATO üzv ölkələr qoşunlarını Əfqanıstandan çıxarmaq qərarına gəldikdə ən böyük məğlubiyyətini yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə alyansın keçmiş baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq "The Sunday Times" qəzetinə müsahibəsində bildirib.

"Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Amma inanıram ki, Əfqanıstanı tərk etmək ağrılı olsa da, düzgün qərar idi, çünki çoxlu sayda insan əziyyət çəkdi", - keçmiş baş katib deyib.

Stoltenberq əlavə edib ki, NATO Əfqanıstanda azad və demokratik sülhü təmin etmək istəyib. Lakin belə planı hərbi güc vasitəsilə həyata keçirmək çox çətin olub.

Chosen
73
publika.az

1Sources