ain.az bildirir, Azertag portalına istinadən.
Berlin, 9 noyabr, AZƏRTAC
Münxenin “Bavariya” klubunun cari mövsümdə ardıcıl qələbələr seriyası Berlində başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Bavariya” Bundesliqanın 10-cu turunda Berlində paytaxt təmsilçisi “Union” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. Bununla da “Bavariya”nın 16 oyunluq qələbə seriyası başa çatıb. “Union” matçın 27-ci dəqiqəsində Danilo Doexinin qolu ilə hesabda irəli çıxsa da, “Bavariya” 38-ci dəqiqədə Luis Diasın sayəsində hesabı bərabərləşdirib. Görüşün sonuna yaxın – 82-ci dəqiqədə Danilo Doexi Berlin təmsilçisini yenidən hesabda irəli çıxarsa da, münxenlilər Harri Keynin 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.
Bununla da “Bavariya” 28 xalla Bundesliqada liderliyini davam etdirib. “Union Berlin” isə 12 xalla 10-cu sırada qərarlaşıb.
Digər oyunlar aşağıdakı hesablarla başa çatıb:
“Bayer Leverkusen“ – “Heidenheim” - 6:0
“Hoffenhaym” - “Leyptsiq” ¬¬- 3:1
“Hamburq” - “Borussia Dortmund” - 1:1
“Borussiya Mönxenqladbax” - “Köln” ¬¬- 3:1
Tura “Frayburq” - “St Pauli”, “Ştutqart” - “Auqsburq”, “Ayntraxt Frankfurt” - “Auqsburq” görüşləri ilə yekun vurulacaq. Turun açılış matçında “Verder Bremen” öz meydanında “Volfsburq” üzərində 2:1 hesabı ilə qalib gəlib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.