EN

Ademola Lukman “Atalanta” ilə bütün bağlarını qırdı

İtaliya “Atalanta”sının futbolçusu Ademola Lukman klubla münasibətlərini tamamilə kəsib.

Fanat.Az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, nigeriyalı hücumçu “Atalanta” formasında çəkilmiş bütün fotoları öz sosial media hesabından silib və klubu izləmədən çıxıb.

Bu addım futbolçunun komandadan ayrılmağa hazırlaşdığını göstərir.

Qeyd olunur ki, Lukmanla “Qalatasaray” ciddi şəkildə maraqlanır və bu hərəkət onun İstanbul klubuna keçidini daha da real edir.

Kamil Xudiyev

Chosen
48
1
fanat.az

2Sources